“Amazon” yüzlərlə əməkdaşını işdən çıxardı

12:05 - 27.07.2023


27 iyul, Fineko/abc.az. “Amazon Fresh” yüzlərlə işçisi ilə yollarını ayırıb.

ABC.AZ xəbər verir ki, “Amazon.com”un “Amazon Fresh” ərzaq şəbəkəsi çərşənbə axşamı yüzlərlə əməkdaşını işdən çıxarıb.

Şirkət regional lider adlanan və ya ayrı-ayrı mağaza departamentlərinə cavabdeh olan işçiləri ixtisar edib.

Hesabatda həmçinin qeyd olunub ki, işçilərə işdən çıxma haqqı və ya “Amazon” daxilində başqa vəzifələrə müraciət etmək şansı təklif olunur.