Mərkəzi Asiya dövlətlərinin ərazisində 30 milyard tondan çox neft ehtiyatı var

14:59 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə keçirilən “Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurası Zirvəsi”ndə çıxış edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Tokayev Mərkəzi Asiya dövlətlərinin hazırda nəqliyyat dəhlizlərini şaxələndirdiyini və müxtəlif infrastruktur və logistika layihələrinin inkişafı üçün fəal şəkildə çalışdıqlarını bildirib:

“Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə üstünlük verir. Biz bu marşrut üzrə yük tranzitini sistemli şəkildə artırmağı və 2030-cu ilə qədər illik ötürmə qabiliyyətini 500 min konteynerə çatdırmağı hədəfləyirik”.

Xüsusilə xammalın daşınması üçün alternativ yollar üzərində çalışdıqlarını vurğulayan Tokayev, “Mərkəzi Asiya dövlətlərinin ərazisində 30 milyard tondan çox neft ehtiyatı və 20 trilyon kubmetrdən çox təbii qaz var”- deyə bildirib.