Neft ucuzlaşır, Brent bir barel üçün $78,03 təşkil edir

09:25 - 10.07.2023


10 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin nəticələrinə görə qalxdıqdan sonra bazar ertəsi keçirilən ticarətdə azalır.

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:21 – ə qədər $0,44 (0,56%) azalaraq bir barel üçün $78,03-a düşüb. 7 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $1,95 (2,55%) artaraq bir barel üçün $78,47-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:21 – ə qədər $0,46 (0,62%) azalaraq bir barelə $73,40-a düşüb. İyulun 7-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $2,06 (2,87%) artaraq bir barel üçün $73,86-a yüksəldi.

Ötən həftə Brent markalı neft 4,06%, WTI isə 4,56% bahalaşıb.