Neft ucuzlaşır, Brent barel başına $76,72 təşkil edir

09:18 - 22.06.2023


22 iyun, Fineko/abc.az. Etalon markalarının qiyməti ötən sessiyanın nəticələrinə görə artdıqdan sonra cümə axşamı hərracda aşağı düşür.

London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:13–də $0,40 (0,52%) azalaraq bir barelə $76,72-a düşüb. İyunun 21-də baş tutan ticarətdə Brent markalı neftin avqust fyuçersləri $1,22 (1,61%) azalaraq bir barelə $77,12-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:13–də $0,36 (0,50%) - bir barelə $72,17-a düşdü. 21 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $1,34 (1,88%) artaraq bir barelə $72,53-a yüksəldi.