“WhatsApp” arzuolunmaz zəngləri avtomatik söndürəcək

16:09 - 20.06.2023


20 iyun, Fineko/abc.az. “WhatsApp”da naməlum nömrədən gələn mesajlarla yanaşı, zənglərə də tez-tez rast gəlinir.

ABC.AZ xəbər verir ki, populyar mesajlaşma proqramı indi arzuolunmaz zəngləri avtomatik söndürən yeni funksiyanı ehtiva edir. Yeni məxfiliyə nəzarət seçimi parametrlərdə mövcud olacaq.

“WhatsApp”da tanımadığınız insanların zənglərini avtomatik söndürmək üçün Parametrlər – Məxfilik – Zənglər bölməsinə keçin və “Naməlum zəngləri susdur” seçimini yandırın. “WhatsApp” qeydiyyatdan keçməmiş nömrədən gələn zəngi avtomatik susduracaq, lakin gələn zəng haqqında bildiriş göndərəcək və onu zənglər siyahısında göstərəcək.