17:11 - 19.06.2023
19 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ümumi dəyəri 796,2 milyon manat olan 1 938 müsabiqə əsaslı satınalma keçirib.
Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, bunlardan 19-u açıq tender, 1 050-si elektron açıq tender, 779-u kotirovka sorğusu, 90-ı isə təkliflər sorğusu olub.
Elektron satınalmalar say və məbləğ (367,2 milyon manat) üzrə digər üsullarla müqayisədə üstünlük təşkil edib.
21 Avqust 2026
21 Avqust 2026