Qurbanlıq heyvanların qiyməti necə olacaq? - VİDEO

16:29 - 19.06.2023


19 iyun, Fineko/abc.az. İyunun 28-29-da ölkədə Qurban bayramı qeyd olunacaq.

ABC.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, artıq bayram hazırlıqlarına da başlanıb. İndidən qurbanlıq heyvan alanlar da var.

Ağdaş bazarında satıcılar deyirlər ki, qiymətlər ötən illərə nisbətən enib. Bayramqabağı isə bahalaşma gözlənilmir.

Satıcıların sözlərinə görə, heyvanlar satış üçün Bakıya aparıldıqda qiymət fərqi özünü göstərir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov da  bildirib ki, qurban bayramına hazırlıq prosesi davam etdirilir.

İlkin Kərimov onu da qeyd edib ki, qurbanlıq heyvanların kəsimi, satışı ilə bağlı siyahı və əlavə digər zəruri məlumatlar da ictimaiyyətə açıqlanacaq.