09:05 - 19.06.2023
19 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin nəticələrinə görə artımdan sonra bazar ertəsi keçirilən ticarətdə azalır.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri saat 09:02 – də $1,08 (1,41%) azalaraq bir barelə $75,53-a düşüb. İyunun 16-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $0,94 (1,24%) artaraq bir barelə $76,61-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti saat 09:02–də $0,96 (1,33%) - bir barelə $70,97-a düşdü. İyunun 16-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti bir barelə $1,16 (1,64%) artaraq $71,78-a çatıb.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 2,43%, WTI isə 2,29% bahalaşıb.
25 Avqust 2026
25 Avqust 2026
25 Avqust 2026