14:52 - 25.08.2026
25 avqust, Fineko/abc.az. ABŞ rəhbərliyinin Çin və Honq Konq şirkətlərini hədəf alan son sanksiyalarından sonra Pekin Vaşinqtona qarşı cavab addımları atacağı ilə hədələyib və Tehran ilə əməkdaşlıqdan geri çəkilməyəcəyini bəyan edib.
Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Szyan tək tərəfli sanksiyalara karşı olduqlarını və bu kimi addımların münaqişəni kəskinləşdirmək riski daşıdığını bildirib. Çinli rəsmi təxirəsalınmaz vəzifənin gərginliyi azaltmaq və danışıqlar prosesinə qayıtmaq olduğunu vurgulayaraq, Pekinin öz qanuni maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini diqqətə çatdırıb.
ABŞ Maliyyə Nazirliyi İrana qarşı onlarca fiziki və hüquqi şəxsi hədəf alan yeni sanksiya paketi elan etsə də, Vaşinqton Çinin iri maliyyə institutlarına məhdudiyyət tətbiq etməkdən çəkinib.
Qeyd edək ki, Çin İran neftinin böyük hissəsini satın alır və 2025-ci ildə BƏƏ-nin Tehran ilə iqtisadi əlaqələri kəsdiyini bəyan etməsindən sonra İranın ikinci ən böyük ticarət tərəfdaşı hesab olunur.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026