15:02 - 25.08.2026
25 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarının yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 1 milyard 6,4 milyon manat sığorta haqqı toplanıb.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, toplanmış sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin sıralaması müəyyənləşib.
Siyahıya 472,1 milyon manatlıq göstərici ilə "Paşa Həyat Sığorta" başçılıq edir. İkinci pillədə 248,9 milyon manatla "Paşa Sığorta", üçüncü pillədə isə 67,4 milyon manatla "Ateşgah Həyat Sığorta" qərarlaşıb.
Sığorta haqlarının həcminə görə sıralama (yanvar-iyul 2026, min manatla):
"Paşa Həyat Sığorta" ASC: 472 142
"Paşa Sığorta" ASC: 248 908
"Ateşgah Həyat Sığorta" ASC: 67 419
"Ateşgah Sığorta" ASC: 50 491
"Qala Sığorta" ASC: 37 518
"Meqa Sığorta" ASC: 19 644
"Meqa Həyat Sığorta" ASC: 17 413
"Aqrar Sığorta" ASC: 16 940
"Xalq Sığorta" ASC: 16 014
"Azərbaycan Sənaye Sığorta" ASC: 16 390
"Qala Həyat Sığorta" ASC: 15 710
"A-Group Sığorta Şirkəti" ASC: 10 027
"Xalq Həyat Sığorta" ASC: 7 333
"İpək Yolu Sığorta" ASC: 5 706
"AzSığorta" ASC: 4 750