Ən çox sığorta ödənişi edən şirkətlər bəlli oldu

15:07 - 25.08.2026


25 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandakı sığorta şirkətləri tərəfindən müştərilərə ümumilikdə 671,4 milyon manat sığorta ödənişi verilib.

 Mərkəzi Bankın göstəricilərinə görə, ən böyük ödəniş həyata keçirən şirkət "Paşa Həyat Sığorta" olub (420,2 milyon manat).

İkinci yerdə 96,9 milyon manatlıq ödənişlə "Paşa Sığorta", üçüncü yerdə isə 65,9 milyon manatlıq göstərici ilə "Ateşgah Həyat Sığorta" qərarlaşıb.

Sığorta ödənişlərinin həcminə görə sıralama (yanvar-iyul 2026, min manatla):

  • "Paşa Həyat Sığorta" ASC: 420 178

  • "Paşa Sığorta" ASC: 96 884

  • "Ateşgah Həyat Sığorta" ASC: 65 881

  • "Ateşgah Sığorta" ASC: 24 803

  • "Qala Sığorta" ASC: 14 176

  • "Azərbaycan Sənaye Sığorta" ASC: 10 621

  • "Meqa Sığorta" ASC: 9 938

  • "A-Group Sığorta Şirkəti" ASC: 7 664

  • "Xalq Sığorta" ASC: 5 963

  • "Meqa Həyat Sığorta" ASC: 3 577

  • "Qala Həyat Sığorta" ASC: 3 152

  • "Xalq Həyat Sığorta" ASC: 2 943

  • "Aqrar Sığorta" ASC: 1 133

  • "AzSığorta" ASC: 1 074

  • "İpək Yolu Sığorta" ASC: 271 (Lisenziyası ləğv edilmiş sığortaçılar üzrə ödənişlər: 3 177 min manat)