Daha bir nüfuzlu şirkət Rusiya bazarını tərk edib

10:59 - 16.06.2023


16 iyun, Fineko/abc.az. Bildiyiniz kimi, Rusiyaya qarşı sanksiyalardan sonra böyük şirkətlər şimal qonşumuzun bazarlarını tərk etməyə başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Rusiya bazarlarını tərk edən şirkətlərdən biri də Avstriyanın “Swarovski” zərgərlik şirkətidir.

Artıq bəhs olunan məsələ barədə elan da verən şirkət, bu ildən başlanılan prosesin yekunlaşdığını açıqlayıb.

Qeyd edək ki, artıq 2022-ci ilin mart ayından başlayaraq zərgərlik şirkəti Rusiyada satışı, o cümlədən onlayn ticarəti dayandırıb.

Məlumat üçün əlavə edək ki, Avstriyanın “Swarovski” zərgərlik şirkəti 1985-ci ildə yaradılıb.