“Shell” dividendləri 20-30%-dən 30-40%-nə qədər artırır

16:51 - 14.06.2023


14 iyun, Fineko/abc.az. “Shell” dividendləri 20-30%-dən 30-40%-nə qədər artırır. Buraya sentyabr ayında ödənilməli olan ikinci rübdən etibarən 15% dividend artımı və 2023-cü ilin ikinci yarısında səhmlərin geri alınması proqramının 4 milyard dollardan 5 milyard dollara qədər genişləndirilməsi daxildir.

Bunu “Shell”in rəhbəri Vael Savan şirkətin yeni maliyyə proqramını təqdim edərkən deyib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət performansa və maliyyə intizamına diqqət yetirməyin səhmdarların ödənişlərini artıracağını gözləyir.

Bu arada, “Shell” rəhbərliyi 2030-cu ilə qədər neft hasilatını 20% azaltmaq planlarına yenidən baxıb.