Azərbaycanda kompüter istehsalı 3 dəfədən çox artıb

11:32 - 14.06.2023


14 iyun, Fineko/abc.az. Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-may aylarında 85 milyon manatlıq məhsul istehsal olunub. 

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2.1 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2.4 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3.4 dəfə, ölçmə cihazlarının istehsalı isə 88 faiz artıb.