09:30 - 6.06.2023
6 iyun, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə artımdan sonra çərşənbə axşamı ticarətdə etalon markalarının qiyməti aşağı düşür.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti saat 09:26–da $0,26 (0,34%) azalaraq bir barelə $76,45-a düşüb. 5 iyun ticarətinin nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $0,58 (0,76%) artaraq bir barelə $76,71-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti saat 09:26-da $0,32 (0,44%) azalaraq bir barelə $71,83-a düşüb. 5 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,41 (0,57%) artaraq bir barel üçün $72,15-a yüksəldi.
25 Avqust 2026