17:08 - 30.05.2023
30 may, Fineko/abc.az. Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 300 milyon manatı dövlət rüsumu üzrə daxilolmaların payına düşəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,3% çoxdur.
Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.
21 Avqust 2026
19 Avqust 2026