17:12 - 22.05.2023
22 may, Fineko/abc.az. Avropa və ABŞ-da təbii qazın orta satış qiyməti açıqlanıb.
ABC.AZ xəbər verir ki, sözügedən analizi Dünya Bankı (DB) həyata keçirib.
Proqnoza əsasən, 2023-cü ilin birinci rübü üzrə Dünya Bankının əmtəə qiymətləri ilə bağlı hesabatda Avropada qazın qiyməti 1 mln. 16,84 ABŞ dolları təşkil edəcək. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,79 dollar və ya 48,4% azdır.
Hesabatda qeyd edilir ki, ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2023-cü il birinci rübündə 2,65 dollar təşkil edib, bu da illik müqayisədə 1,97 dollar və ya 42,6% azdır.
21 Avqust 2026