Gəncədə 3 ayda 39,0 milyon manat qida məhsulları istehsalı edilib

14:19 - 19.05.2023


19 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Gəncə Şəhər Statistika İdarəsi Gəncədə sənaye istehsalı barədə statistikanı açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, yanvar-mart aylarında Gəncədə 39,0 milyon manat qida məhsulları istehsalı, 3,2 milyon manat içki, 63,6 milyon manat metallurgiya sənayesi məhsulları, 33,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 10,2 milyon manat digər məhsulların istehsalı təşkil edib.

Cari ilin yanvar-mart ayları ərzində 21,2 min ton un, 12,6 ton makaron, 36,9 min dekalitr araq, 32,9 min dekalitr şərab, 228 ədəd traktor, 145 ədəd MAZ yük avtomobili, 6 485,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 37 ədəd taxılyığan kombaynlar və 1031 ədəd elektron, 50579 ədəd mexaniki su sayğacları istehsal edilib.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2023-cü il yanvar-mart ayları ərzində 16,0 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 5,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib.