Neft bahalaşır, Brent bir barelə $75,50 təşkil edir

09:25 - 16.05.2023


16 may, Fineko/abc.az. Çərşənbə axşamı ticarətdə etalon markalı neftin qiyməti artır.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:20–də $0,27 (0,36%) artaraq bir barelə $75,50-a çatıb. Mayın 15-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri bir barel üçün $1,06 (1,43%) artaraq $75,23-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:20-də $0,23 (0,32%) artaraq bir barelə $71,34-a çatıb. Mayın 15-də keçirilən hərracların nəticələrinə görə, WTI neftiin iyun fyuçerslərinin qiyməti $1,07 (1,53%) artaraq bir barelə $71,11-a çatıb.