Dörd ayda mağazalarda istehlakçılara 16,4 milyard manatlıq məhsul satılıb

16:33 - 12.05.2023


12 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16,4 milyard manatlıq, o cümlədən 9,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,0 faiz artıb.

Müəllif: Elmir Murad