14:32 - 12.05.2023
12 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 89 ölkəyə məhsul ixrac olunmuş, 165 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12 milyard 269.3 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 8 milyard 239.4 milyon dollarını və ya 67.2 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 029.9 milyon dollarını (32.8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4 milyard 209.5 milyon dollar məbləğində müsbət saldo yaranıb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026