Azərbaycanlı milyarder yaxtasını satışa çıxardı

10:16 - 10.05.2023


10 may, Fineko/abc.az. Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar ölkəni zəiflətməklə yanaşı, həm də iş adamlarının maddi durumuna da təsir edir. Vəziyyət o yerə çatıb ki, sanksiyalar rusiyalı oliqarxları bahalı yaxtalarını satmağa məcbur edib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, rusiyalı milyarderlərə məxsus “Fraser”, “Moran”, “Burgess” və “Arconyachts” kimi böyük yaxta brokerləri onlarla yaxta satışa çıxarıblar.

Azərbaycanlı milyarder, “Lukoyl”un keçmiş rəhbəri Vahid Ələkbərova məxsus 70 metrlik “Galactica Supernova” yaxtası da satışa çıxarılanlar arasındadır. Bu yaxtaya 75 milyon avro qiymət qoyulub.

Müəllif: Elmir Murad