Azərbaycan qazının Avropada payı artıb

15:20 - 2.05.2023


2 may, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanın Avropanın qaz bazarında payı artaraq 2021-ci ildəki 4,9 faizdən 6,9 faizə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilir.

Aşağıdakı cədvəldə Avropaya qaz tədarükçülərinin payında dəyişikliyin dinamikası əks olunub:

Ölkə

2021-ci ildə payı

2022-ci ildə payı

ABŞ

8

17,4

Rusiya

34,1

19,5

Əlcəzair

20,2

18,5

Qatar

6,8

7,4

Norveç

9

12,5

Azərbaycan

4,9

6,9

Digər ölkələr

23,7

25,3

Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başlaqıdan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.