11:33 - 2.05.2023
2 may, Fineko/abc.az. Tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi qiymətlərə müsbət təsir edəcək.
ABC.AZ xəbər verir ki, bunu İqtisadçı-ekspert Natiq Cəfərli “Bakupost”a açıqlamasında bildirib.
N.Cəfərli hesab edir ki, məntiqlə rüsumdan azad olunan bütün məhsulların qiyməti ucuzlaşmalıdır.
“Tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi müəyyən dərəcədə qiymətlərə təsir edəcək. Hətta, qiymətlərdə endirimlər ola bilər. Tropik meyvələr gündəlik tələbat məhsulları olmadığına görə, bu qərar vətəndaşın büdcəsinə əhəmiyyətli təsir göstərməyəcək. Çünki bunlar Azərbaycanın rasionunda az yer tutan məhsullardır”, - deyə iqtisadçı bildirib.
21 Avqust 2026
19 Avqust 2026