09:25 - 2.05.2023
2 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki enişdən sonra çərşənbə axşamı keçirilən ticarətdə sabitdir.
Saat 09:20-də Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri dəyişməyib və bir barel üçün $79,31 səviyyəsində qalıb. Mayın 1-də Brent markalı neft fyuçersləri iyul ayı üçün $1,02 (1,27%) ucuzlaşaraq bir barel üçün $79,31-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun ayı üçün fyuçerslərinin qiyməti saat 09:20-də $0,02 (0,03%) artaraq bir barel üçün $75,68-a çatıb. Mayın 1-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti bir barel üçün $1,12 (1,46%) azalaraq $75,66-a düşüb.
21 Avqust 2026