11:16 - 1.05.2023
1 may, Fineko/abc.az. 2023-ci ilin yanvar-mart ayları ərzində Türkiyəyə 339,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 200,7 milyon ABŞ dolları, Gürcüstana 109,2 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 29,7 milyon ABŞ dolları, Qazaxıstana isə 27,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
ABC.AZ-ın məlumatına görə, 2023-cü ilin mart ayının qeyri-neft ixracı isə 261 milyon ABŞ dolları təşkil edib.
Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 52,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 208,8 milyon ABŞ dollarına bərabər olub.
21 Avqust 2026
21 Avqust 2026