11:02 - 1.05.2023
1 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-mart ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,9 dəfə, şəkər ixracı 28,6% artıb.
ABC.AZ “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir ki, aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 178,9 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-mart ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,4 %-ni təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,3% artıb.
2023-cü ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (281,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı ixracı (37 milyon ABŞ dolları) ikinci, ilkin formalı polipropilen (36 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
21 Avqust 2026
21 Avqust 2026