16:54 - 28.04.2023
28 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan 25,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 16,8% azdır.
ABC.AZ xəbər verir ki, bu barədə " İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.
Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 30,9 mln. dollar təşkil edib.
Məlumata görə, bu ilin mart ayında Azərbaycan 10,6 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 1,9% çoxdur.
21 Avqust 2026
21 Avqust 2026