15:57 - 28.04.2023
28 aprel, Fineko/abc.az. 2023-cü ilin yanvar-mart aylarında "Azərkosmos” dünyanın 40 ölkəsinə 5.4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
ABC.AZ xəbər verir ki, “Azərkosmos" xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizini təşkil edib.
Qeyd edək ki, 2022-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 6.2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir ki, bu da illik müqayisədə 13% azalma deməkdir.
18 Avqust 2026