16:15 - 18.04.2023
18 aprel, Fineko/abc.az. “Microsoft” və “Google”un təklif etdiyi süni intellektə rəqiblər gətiriləcək.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, belə bir ideya ilə SpaceX, Tesla və Twitter şirkətlərinin baş direktoru İlon Mask çıxış edib.
O, bildirib ki, sözügedən platforma “TruthGPT” adlandırılacaq. Mask yaradacaqları platformanın Microsoft tərəfindən dəstəklənən ChatGPT və Google-un Bard süni intellektinə rəqib olmağı hədəflədiklərini vurğulayıb.
"Mən TruthGPT adlandırdığım bir şeyi və ya kainatın təbiətini hiss etməyə çalışan maksimum dəqiqliyi axtaran süni intellekti işə salacağam".
Qeyd edək ki, ötən həftə Maskın baş ofisi Nevada ştatında yerləşən X.AI adlı süni intellekt şirkəti qurduğu ortaya çıxdı. Həmçinin bildirildi ki, Mask aylar əvvəl ChatGPT-yə alternativ hazırlamaq üçün süni intellekt tədqiqatçılarına müraciət edib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026