10:50 - 18.04.2023
18 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin mart ayı üçün dünya ölkələrində internetin sürəti ilə bağlı hesabat açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, hesabat “Speedtest Global Index” tərəfindən dərc edilib.
Hesbatda bildirilib ki, martda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 41,71 MB/S sürətlə 174 şəhər arasında 73-cü yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,36 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 2 pillə geriləməkdir.
əhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 223,87 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 3,03 MB/S sürətlə Kubanın paytaxtı Havana şəhəri tutub.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 264,92 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,51 MB/S sürətlə sonuncu olub.
17 Avqust 2026
15 Avqust 2026