Özbəkistandan ən çox kondisioner alan ölkə Azərbaycandır

10:01 - 17.04.2023


17 aprel, Fineko/abc.az. 2023-cü ilin yanvar-fevral aylarında Özbəkistan xarici ölkələrə 3 mindən artıq kondisioner ixrac edib.

ABC.AZ xəbər verir ki, bu dövrdə 8 xarici ölkəyə Özbəkistanda istehsal olunmuş 3 140 kondisioner ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, bu da əvvəlki ilin eyni dövründən 3 dəfə artıqdır. Kondisioner ixracının ümumi həcmi 959 min dollar olub.

Bu hesabla, Özbəkistan 1 kondisioneri orta hesabla 305 dollara ixrac edir.

Bu dövrdə ən çox kondisioner Azəraycana ixrac edilib – 1410 ədəd. Sonrakı yerləri Tacikistan və Qırğızıstanı tutur.

Özbəkistanın 2023-cü ilin ilk 2 ayında kondisioner ixrac etdiyi ölkələr

Azərbaycan – 1410 ədəd

Tacikistan – 1289 ədəd

Qırğızıstan – 208 ədəd

Moldova – 186 ədəd

Rusiya – 32 ədəd