Ötən 3 ayda Azərbaycan xarici ölkələrlə bu qədər ticarət əməliyyatı aparıb

17:19 - 14.04.2023


14 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,9% azdır.

3 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3% azalıb, idxal isə 37,7% artıb.

Son nəticədə xarici ticarətdə 3 milyard 711 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 26,6 % azdır.