12:26 - 14.04.2023
14 aprel, Fineko/abc.az. Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,3%, ötən ilin mart ayına nisbətən 111,6% olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə qeyri-ərzaq məhsullarından daha çox artım mebellərin, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyuсu vasitələrin, şampunların, azalma isə əsasən kəsilmiş taxtaların, kompüterlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.