“Hyundai Group” elektromobil sənayesinə bu qədər investisiya qoyacaq

16:31 - 11.04.2023


11 aprel, Fineko/abc.az. Koreya avtomobil istehsalçısı “Hyundai Group”, elektrikli avtomobillər üçün diqqətəlayiq investisiya məbləğini açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət 2030-cu ilə qədər Cənubi Koreyanın elektromobil sənayesinə 18,14 milyard dollar sərmayə qoyacaq.

Sözügedən investisiya planı “Hyundai Motor”, “Kia” və “Hyundai Mobis” şirkətləri tərəfindən həyata keçiriləcək.