Türkiyə Azərbaycana bu avadanlıqların ixracını artırıb

11:14 - 11.04.2023


11 aprel, Fineko/abc.az. Türkiyə 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana elektrik avadanlıqları məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 53,4 faiz artaraq 76,7 milyon dollara çatdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, mart ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 59,1 faiz artaraq 24,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 4 milyard dollara bərabər olub.