Fransada sürücülərə buna görə pul ödəniləcək

10:01 - 11.04.2023


11 aprel, Fineko/abc.az. Fransada sürücülərə pik saatlarda səfərlərdən imtina etmək maraqlı yöntəm düşünülüb. Belə ki, Fransada bəhs olunan saatlarda sürücülərin səfərə çıxmaması üçün onlara pul ödəniləcək.

ABC.AZ xəbər verir ki, bu barədə  “The Connexion” nəşri məlumat yayıb.

Bildirilir ki, Fransanın şimalındakı Lil şəhəri “Ecobonus” adlı bir sxem üzərində işləyir. Belə ki, sürücülər pik saatlarda (söhbət 07:00-09:00 və 16:30-18:30 arasındakı dövrlərdən gedir) magistral yollarda sürməmək üçün əlavə iki avro gəlir əldə edəcəklər.

Sentyabrda bəzi yollarda nəqliyyatın hərəkətini asanlaşdırmaq yeni sxem sınaqdan keçiriləcək. Bunun üçün 5 min könüllü sürücü cəlb olunacaq.

Müəllif: Elmir Murad