15:48 - 5.04.2023
5 aprel, Fineko/abc.az. Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 109 ünvanında fəaliyyət göstərən “Yeni Günəş” restoranında keçirilmiş planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
ABC.AZ AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı müəssisədə mal qonşuluğu qaydalarına riayət olunmadığı, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlik işlərinin aparılmasına dair müvafiq sənədlərin olmadığı, məişət tullantıları üçün ağzı hermetik zibil qabılarının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı sahibkar barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.
21 Avqust 2026
21 Avqust 2026