Bakıda siqaret yenə bahalaşdı

11:17 - 3.04.2023


3 aprel, Fineko/abc.az. Bakıda siqaretlər yenidən bahalaşıb.

ABC.AZ xəbər verir ki, markasından və qiymətindən asılı olmayaraq hər siqaretin qiyməti 10 qəpik bahalaşıb.

Məsələn, indiyədək 3,7 manata satılan "Winston" siqaretinin qutusu 3,8 manata qalxıb.Satış şəbəkələri siqaretin bahalaşmasının səbəbini açıqlamayıb.