Xanoba gömrük postu yaxın günlərdə istifadəyə veriləcək

11:47 - 16.03.2023


16 mart, Fineko/abc.az. Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Xanoba" gömrük postu yaxın günlərdə istifadəyə veriləcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan və Rusiya nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılıb. İnşaat işləri başa çatdıqdan sonra gömrük postu buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilib. Bundan başqa "Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.