14:12 - 13.03.2023
13 mart, Fineko/abc.az. 2023-cü ilin yanvar ayında Azərbaycan 2037,49 min dollar dəyərində mis və mis məmulatları ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar ayına nisbətən $1336,67 min və ya 39,6% azdır.
2023-cü ilin yanvarında Azərbaycana mis və mis məmulatlarının idxalı $2087,26 min təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə $1451,31 min və ya 3,28 dəfə çoxdur.
Yanvar ayında mis və ondan hazırlanan məmulatların ixracı Azərbaycanın ümumi ixracının 0,11%-ni, idxal isə ümumi idxalın 0,15%-ni təşkil edib.