“Ford” şirkətinin satışları 22 faiz artıb

10:22 - 3.03.2023


3 mart, Fineko/abc.az. “Ford” şirkəti maliyyə göstəriciləri ilə bağlı hesabat yayıb.

Məlum olub ki, şirkətin fevralda avtomobil satışları illik müqayisədə 22% artıb və 157606 ədəd təşkil edib.

ABC.AZ xəbər verir ki, elektrik avtomobil satışları illik müqayisədə 68% artaraq 3523 ədədə, hibrid avtomobil satışları isə 33% artaraq 9157 ədədə çatıb.

2023-cü ilin əvvəlindən Ford cəmi 303962 avtomobil satıb ki, bu da 2022-ci ilin ilk iki ayı ilə müqayisədə 11% çox, elektrikli avtomobil satışları bir ilin ilk iki ayı ilə müqayisədə 88% çoxdur.