AZPROMO tərəfindən investisiya üzrə bələdçi hazırlanıb

17:34 - 28.02.2023


28 fevral, Fineko/abc.az. "AZPROMO" tərəfindən 2022-ci ildə investisiya üzrə bələdçi (İnvestment Guide) hazırlanıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, "İnvestment Guide bütün beynəlxalq tədbirlərdə xarici qonaqlara, investorlara təqdim olunub. “İnvestisiya bələdcisində qısa məlumatlar, ölkənin bünüt sahələr üzrə potensialı haqqında, bazara giriş üçün investora lazım olan ilkin məlumatlar təqdim olunub. Bu bələdçinin gələcəkdə yenilənməsi nəzərdə tutulur" deyə o bildirib.