17:27 - 28.02.2023
28 fevral, Fineko/abc.az. "The Economist"-in qida ehtiyaclarının ödənilməsinə dair 113 ölkəni əhatə edən araşdırmasını - "Qlobal Qida Təhlükəsizliyi İndeksi 2022"ni açıqlayıb.
ABC.AZ xəbər verir ki, dünyada özünü qida ilə təmin edən ilk 3 ölkə Finlandiya, İrlandiya və Norveçdir.
Reytinqdə dünyanın 4-cü özünü qida ilə təmin edən ölkəsi Fransadır, ardınca Hollandiya və Yaponiya gəlir. Azərbaycan bu ölkələrdən xeyli geridədir. Ölkəmiz 59.8 bal ilə 113 ölkə arasında 66-cı yerdədir.
İlk 10-luğa daxil olan digər ölkələr İsveç, Kanada, İngiltərə və Portuqaliyadır.
Türkiyə siyahıda 49-cu yerdədir.
Siyahının sonunda Yəmən, Haiti və Suriya yer alıb.
İndeksin alt andekslərindən biri olan Ərzaq qiymətlərinin əlçatanlığında Azərbaycan 48-ci yerdə qərarlaşıb. Qeyd edək ki, qardaş Türkiyə bu alt indeks üzrə 81-ci yerdədir.
İndeks ilə ətraflı (https://impact.economist.com/sustainability/project/food-security-index/explore-countries) linkdən tanış ola bilərsiniz.
21 Avqust 2026
21 Avqust 2026