Ötən ay Azərbaycanın xaricə ən çox satdığı məhsullar - SİYAHI

14:27 - 28.02.2023


28 fevral, Fineko/abc.az. “İxrac icmalı”nın fevral sayında dərc olunmuş məlumatlara əsasən, 2023-cü ilin yanvar ayı ərzində kimya sənayesi məhsullarının ixracı 11,3%, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə  artıb.

ABC.AZ sözügedən məlumatlara istinadən xəbər verir ki, bəhs olunan dövrdə aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94%-i təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.