11:07 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə bir çox yeniliklərin hüquqi bazası formalaşdırılıb, beynəlxalq tələblərə uyğun qeydiyyat sistemi yaradılıb.
Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a verilən xəbərə görə, ölkə ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən və təsdiqi tələb edilməyən qida obyektləri, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlər Agentlik tərəfindən birbaşa qeydiyyata alınır.
Dəyişikliyə əsasən, obyektlərin və subyektlərin qeydiyyatı, eləcə də reyestr məlumatlarında dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumları ləğv edilib.
21 Avqust 2026
21 Avqust 2026