10:44 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Ötən ilin 4 rübü ərzində Azərbaycana 1,453 milyon ABŞ dolları dəyərində 2 min 366 ton nişasta idxal edilib.
ABC.AZ “Report”a istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,2 % çoxdur, kəmiyyət olaraq – 29 % azdır.
Rusiyadan 769,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % azalıb) 1 min 351 ton (-50 %), Türkiyədən 320,5 min ABŞ dolları dəyərində (+95 %) 304 ton (+71 %), Qazaxıstandan 167,4 min ABŞ dolları dəyərində 280 ton (ilk dəfə tədarük həyata keçirilib), İrandan 147,2 min ABŞ dolları dəyərində (+28 %) 395,3 ton (+10 %), Ukraynadan 45,1 min ABŞ dolları dəyərində (+32 %) 34,8 ton (-24 %) məhsul alınıb.
Hesabat dövründə ölkədən xaricə 369,9 min ABŞ dolları dəyərində (+11 %) 695 ton (-20 %) nişasta göndərilib.
Gürcüstana 256 min ABŞ dolları dəyərində (-8 %) 480 ton (-35 %), Türkmənistana 102,1 min ABŞ dolları dəyərində (+82 %) 195 ton (+50 %), Özbəkistana 11,4 min ABŞ dolları dəyərində 20 ton və Qətərə 0,01 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.
21 Avqust 2026
21 Avqust 2026