Rusiya sanksiyalara baxmayaraq hələ də neftdən milyardlar qazanır

10:49 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Rusiya Qərbin sanksiyalarına, eləcə də Britaniyanın enerji nəhəngi "Şell" və BP-nin bazardan çıxmasına baxmayaraq, hələ də neft satışından milyardlar qazanmağa davam edir.

ABC.AZ xəbər verir ki, bu barədə məşhur "Ekspress" nəşri məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Rusiyanın neft sənayesi Qərbin sanksiya təzyiqinə müqavimət göstərir. “Avropa və Amerika şirkətlərinin getməsi sənayeyə təsir etmədi. Əksinə, il ərzində quyuların sayı 7 faiz artıb, neft hasilatı tez bir zamanda normal həddə çatıb", - məlumatda deyilir.