09:25 - 20.02.2023
20 fevral, Fineko/abc.az. Ötən həftənin nəticələrinə görə kəskin azalmadan sonra bazar ertəsi ticarətində etalon markalı qiyməti yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçersləri saat 09:20-də $0,36 (0,43%) artaraq bir barel üçün $83,36-a çatıb. 17 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $2,14 (2,51%), bir barel üçün $83,00-a qədər ucuzlaşdı.
Saat 09:20-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti $0,34 (0,45%) artaraq bir barel üçün $76,68-a yüksəldi. 17 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti bir barelə $2,15 (2,74%) azalaraq $76,34-a düşdü.
Ötən həftə Brent markalı neft 3,92%, WTI isə 4,24% ucuzlaşıb.
25 Avqust 2026