17:27 - 16.02.2023
16 fevral, Fineko/abc.az. Rəqabət məcəlləsinin qəbul edilməsi çox vacibdir. Bu məcəllənin qəbulu ilə ölkədə sahibkarlığın inkişafı sahəsində müsbət nəticə əldə etmək mümkündür.
ABC.AZ xəbər verir ki, bunu millət vəkili fevralın 16-da komitə üzvlərinin İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşündə deyib.
Vergi yükünün optimallaşdırılmasından danışan Əli Məsimli ƏDV-nin faiz dərəcəsinin aşağı salınmasının əhəmiyyətini qeyd edib.
Sahibkarlar arasında sosial sorğunun keçirilməsinin vacibliyini bildirən komitə sədrinin müavini deyib: “Vaxtilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə iş adamları arasında sosial sorğu keçirilmişdi və bunun çox müsbət təsiri olmuşdu. Özəlləşdirmə vacib məsələdir. Bu, onilliklərlə fəaliyyətsiz qalan müəssisələrin işə salınmasına kömək edərdi. Potensialımıza uyğun olaraq iqtisadi tempi artırmalıyıq”.
Torpaqla bağlı mülkiyyət münasibətlərinə toxunan deputat bu sahədə ciddi addımların atılmasının vacibliyini qeyd edib.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026